İntihara cəhd edən futbolçu klubsuz qaldı

“Nitsa” futbolçusu Aleksis Beka Beka ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçinin müqaviləsinə xitam verilib.

Beka Beka ötən mövsüm 22 oyunda 1 qolla yadda qalıb.

Aleksis 2023-cü ilin sentyabrında Nitsadakı Manyan Viyadüyü körpüsünə gələrək intihara cəhd edib. O, daha sonra fikrindən daşınmışdı.