“Liverpul” 45 milyonluq təklifə hazırlaşır

“Sportinq”in futbolçusu Qonçalo İnasio karyerasını İngiltərrədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Liverpul” cinah müdafiəçisini transfer etməkdə maraqlıdır. Bu barədə “O Jogo” nəşri məlumat yayıb. “Liverpul” İnasionun transferini 45 milyon avroya tamamlamaq istəyir.

“Sportinq”də 173 oyuna çıxan müdafiəçi 16 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.