“Qəbələ” kamerunlu futbolçu Kristof Atanqana ilə yollarını ayırıb.
Futbolpress.az xəbər verir ki, 24 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
2021-ci ilin iyulundan komandada çıxış edən Atanqana “qırmızı-qara” formada 36 matç keçirib. Kristof Premyer Liqada 24, Azərbaycan kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.