Baş məşqçidən etiraf: “Bizə gəlmək istəmədi”

“Liverpul”un baş məşqçisi Arne Slot açıqlama verib.

Futbolpress.az xəbər verir ki, mütəxəssis adı “qırmızılar”la hallanan “Real Sosyedad”ın futbolçusu Martin Zubimendi haqda danışıb:

“Heyətimiz güclüdür, daha yaxşı etmək üçün oyunçu tapmaq asan deyil. Zubimendi variantlar arasında idi, amma “Liverpul”a gəlmək istəmədi. Əlimizdə olan heyətlə yaxşı yerlərdə ola bilərik”.

“Liverpul” 25 yaşlı yarımmüdafiəçi üçün rəsmi təklif göndərsə də, oyunçu gəlməkdən imtina edib. Martinin “transfermarkt”da dəyəri 50 milyon avrodur.