Cəlal oynadı, komandası məğlub oldu

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi “Arda” Bolqarıstan çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda 5-ci turda Varna “Spartak”ının qonağı olub. Matç “Arda”nın məğlubiyyəti ilə başa çatıb.

Cəlal bu görüşdə 46-cı dəqiqədə oyuna girib.

“Arda” 5 turdan sonra 6 xalla 9-cu sıradadır.