PSJ-nin yetirməsi “Tottenhem”ə keçdi

“Bernli”nin hücumçusu Vilson Odober “Tottenhem”ə keçib.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı fransalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Odober “Tottenhem”də 28 nömrəli formanı geyinəcək.

Vilson PSJ-nin yetirməsidir. O, 2022-ci ildə Paris klubundan “Trua”ya keçib və burada 32 oyunda 4 qol vurub. Forvard “Bernli”də isə 34 oyunda 5 dəfə fərqlənib.