“Zirə”nin “Omoniya” ilə oyunlarına təyinatlar bilindi

“Zirə”nin Konfrans Liqasının pley-off mərhələsində Kiprin “Omoniya” komandasına qarşı keçirəcəyi oyunların hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Kiprdə baş tutacaq ilk matçı Estoniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Yuri Fişer olacaq. Ona yan xətt hakimləri Veyko Mötsnik və Sander Saqa kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristo Küllyastinen yerinə yetirəcək. VAR-da Kristo Tohver və Yoonas Yaanavits olacaq.

Bakıda keçiriləcək cavab görüşünü isə Vitalis Spasyonnikovs idarə edəcək. VAR-da Andreys Qluhovs və Yevgeni Keziks olacaq. Yan xətt və dördüncü hakim hələ açıqlanmayıb.

Komandalar arasındakı ilk matç avqustun 22-də, cavab görüşü isə 29-da olacaq.