“İnsanlar mənim edə biləcəyim şeyləri hələ görməyiblər”

“Çelsi”nin futbolçusu Mixail Mudriç açıqlama verib.

Futbolpress.az xəbər verir ki, ukraynalı futbolçu hələ bacarıqlarını göstərə bilmədiyini deyib:

“İnsanlar mənim edə biləcəyim şeyləri hələ görməyiblər. Qarşıda maraqlı şeylər olacaq. Meydanda və meydandan kənarda çox çalışıram. Bəzi şeyləri çox istəyirsən, amma bu, yalnız doğru anlarda olur. Əminəm ki, ən yaxşı tərəfimi göstərə biləcəm”.

Mudrik 2023-cü ilin yanvarında 70 milyon avro qarşılığında “Şaxtyor”dan “Çelsi”yə keçib. O, “zadəganlar”la ötən mövsümdə 41 oyunda 7 qol vurub, 2 məhsuldar ötürmə edib.