Slot “Liverpul”un hədəfini açıqladı

“Liverpul”un baş məşqçisi Arne Slotun komandanın yeni mövsüm üzrə hədəflərindən danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis “qırmızılar”ın son iki mövsümdə çempionluq yarışından uzaq qaldığını deyib:

“Başa düşməliyik ki, komanda son iki mövsümdə “Arsenal” və “Mançester Siti”dən ayrı düşüb. Hər gün çalışmalıyıq ki, komandalar arasındakı boşluğu azaldaq”.