“Barselona”da da etmək istədiyim budur” – Olmo

“Barselona”nın yeni transferi Dani Olmo açıqlama verib.

Futbolpress.az xəbər verir ki, ispan futbolçu kataloniya klubuna keçidi haqda fikirlərini bölüşüb:

“Həmişə qalib olmaq istəyirəm, “Barselona”da da etmək istədiyim budur. “Barselona” mənim evimdir, bütün dostlarım, ailəm burdadır. Evə qayıtmaq arzum idi. Klub bunun üçün çalışdı və reallığa çevirmək üçün bütün addımları atdıq. Variantlarım çox idi, amma evə qayıtmaq istədiyim üçün buranı seçdim”.

Olmo “Barselona” ilə 6 illik müqavilə imzalayıb.