Avstriyalı futbolçu Marko Arnautoviç “İnter”dən ayrıla bilər.
Futbolpress.az xəbər verir ki, Serbiyanın “Srvena Zvezda” klubu hücumçunun xidmətində maraqlıdır. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Neradzurra” rəhbərliyi Markonu pulsuz buraxmağa razıdır.
Arnautoviç komandada qalmaq istəsə, o, 4-cü hücumçu olacaq. Forvardın illik məvacibi 3,7 milyon avrodur. “İnter” rəhbərliyi bu məbləği ödəmək istəmir və onu göndərməyi planlaşdırır.
35 yaşlı futbolçu ötən mövsümdə 34 oyunda 7 qol vurub.