“Makkabi” ilə ilk qarşılaşmadakı “Sabah” (0:3) elə futbol sərgiləmişdi ki, cavab matçındakı o dramatizmlə mərhələ adlamaq heç ona uyğun gəlmədi. Təl-Əviv təmsilçisi “bayquş lar”ın “Sent Patriks”lə oyunlarına baxandan sonra iki əliylə başına döyüb…
Amma açığı, əsl “Sabah” bu deyildi…
Bu komandanın potensialı İrlandiya təmsilçisi ilə oyundakından qat-qat yüksəkdir. Təhlillər göstərir ki, klubumuz qrup mərhələsinə belə qalxa bilərdi. Amma gözləntilərin ən pisi yaşandı.
Konspiroloji ehtimalları sevən və vacibliyini bilən biri kimi, deyə bilərəm ki, “Sabah” daxilinə nəzər yetirməlidir. Bu komandanın potensialı çox yüksəkdir, nəticələri isə…
Sanki hansısa “əl” bu klubu içəridən qarışdırır. Hər iki oyunda “qırmızı” almaq?!
Kamil Əhməd