“Biz daha yaxşı idik”

Konfrans Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Sent Patriks” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Stefan Kenni jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları söylədi:

– Oyunu şərh edərdiniz…

– Oyunçularımla fəxr edirəm. Favorit hesab edilmirdik. “Sabah”ın kifayət qədər keyfiyyətli oyunçuları var. Buna baxmayaraq, iki oyunda da qələbə qazandıq.

– “Sabah”ın baş məşqçisi sizdən daha yaxşı olduqlarını dedi. Razısınız?

– İlk oyunda qələbə qazandıq. Daha çox şansımız var idi. Bu gün “Sabah” matça yaxşı başladı. Bəzi şərtlər bizim əleyhimizə idi. İki oyunu da qazanmışıqsa, deməli biz daha yaxşı idik.

– İki oyunda da “Sabah”ın azlıqda qalması nəticəyə təsir etdi?

– İlk oyundakı yox, amma bugünkü “qırmızı” “Sabah”ın oyununa təsir etdi.

Şahin Cəfərov