“Zirə” Konfrans Liqasının pley-off mərhələsində!

“Zirə” Konfrans Liqasının III təsnifat mərhələsində bu gün cavab oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv azarkeşləri önündə Xorvatiyanın “Osiyek” komandasını qəbul edib. Əsas və əlavə vaxtı bərabərliklə başa çatan görüşün qalibi penaltilər seriyasından sonra dəqiqləşib. Son zərbələrdə dəqiq olan “Zirə” pley-off mərhələsinə yüksəlib.

Komandalar arasındakı ilk oyunda bərabərlik qeydə alınıb – 1:1.

Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunu

15 avqust

20:30 Zirə – Osiyek (Xorvatiya) 2:2 (penaltilər 4:3)

Qollar: Qismət Alıyev, 54 (pen.),Davit Volkov, 90 – Yuqoviç, 38, Matkoviç, 81
İlk oyu 1:1