“Neftçi” – “Sabah”: azarkeşlərə şad xəbər

Azərbaycan Premyer Liqasının 3-cü turu çərçivəsində keçiriləcək “Neftçi” – “Sabah” matçına giriş sərbəst olacaq.

Futbolpress.az xəbər verir ki,avqustun 18-i, saat 20:30-da “Liv Bona Dea Arena”da baş tutacaq oyunu izləmək istəyən azarkeşlər bilet almadan tribunalarda yer tuta bilərlər.

“Neftçi” doğma meydanı “Neftçi Arena” təmirə bağlandığı üçün ev oyununu Mərdəkanda keçirəcək.