“Qarabağ”ın rəqibi heyətini müdafiəçi ilə gücləndirib

Xorvatiyanın  “Dinamo” (Zaqreb) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Zaqreb klubu İtaliyanın “Roma” klubundan ispan müdafiəçi Yan Oliverası 1 il müddətinə icarə əsasında rənglərinə bağlayıb. Gənc müdafiəçi ötən mövsümü İtaliyanın “Roma” klubunun gənclərdən ibarət komandasının heyətində keçirib. Zaqreb “Dinamo”su UEFA Çempionlar Liqasının pley-off mərhələsində təmsilçimiz “Qarabağ” ilə qarşılaşacaq. İlk oyun avqustun 20-si Zaqrebdə, cavab görüşü isə avqustun 28-i Bakıda baş tutacaq.