“Zirə”nin potensial rəqibi müəyyənləşdi

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab görüşləri davam edir.

Futbolpress.az xəbər verir ki, “Zirə”nin sözügedən turnirdəki potensial rəqibi müəyyənləşib. Kiprdə minimal hesablı qələbə qazanan “Omoniya” Macarıstanda “Fehervar”a 2 cavabsız qolla qalib gəlib. İki görüşün nəticəsinə görə 3:0 qalib gələn Kipr təmsilçisi pley-offa vəsiqəni təmin edib. “Zirə” – “Osiyek” (1:1) duelinin qalibi ilk oyunu səfərdə keçirəcək.