Pavol Şafranko: “Bu, bizim üçün fantastik olar”

Konfrans Liqasının III təsnifat mərhələsində sabah keçiriləcək “Sabah” – “Sent Patriks” oyunundan öncə Azərbaycan təmsilçisinin hücumçusu Pavol Şafranko jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, forvard media nümayəndələri ilə görüşdə bunları söylədi:

– Komandada atmosfer necədir?
– Atmosfer çox yaxşıdır. Məşqlərimiz yaxşı keçir. Bu oyuna qədər istirahət üçün vaxtımız oldu. Bir-birimizə inanırıq. Pozitiv enerji ilə azarkeşlərimizlə birlikdə komanda üçün ən yaxşısını etmək istəyirik.

– Çempionatda və avrokuboklarda hədəfiniz nədir?
– Əsas hədəf hər oyundan qalib kimi ayrılmaq və avrokuboklarda qruplara qalmaqdır. Bu, bizim üçün fantastik olar. Çempionatda hədəfimiz “Qarabağ”a qarşı başa-baş mübarizə aparmaqdır. Düşünürəm ki, hər komandaya qalib gələ bilərik.