Azərbaycan yığmasının sabiq futbolçusu “Qəbələ”də

“Qəbələ” heyətinə yeni futbolçu qatıb.

Futbolpress.az xəbər verir ki, Elvin Yunuszadə ilə 1 illik müqavilə imzalanıb. 32 yaşlı müdafiəçi 2024/25 mövsümündə “qırmızı-qaralar”ın formasını geyinəcək.

O, karyerası ərzində ölkəmizdə “Neftçi”, “Simurq”, “Qarabağ”, “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, “İrəvan”, Bosniya və Herseqovinada “Çelik”, Şimali Makedoniyada “Şkupi”də çıxış edib. Yunuszadə Azərbaycan milli komandasında keçirdiyi 3 oyunda 1 qol vurub.