“Liverpul”un futbolçusu “Mançester Siti”yə keçə bilər

“Mançester Siti” “Liverpul”un futbolçusu Luis Diası transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə “El Chiringuito” nəşri məlumat yayıb. “Şəhərlilər” kolumbiyalı vingeri “Atletiko”ya keçən Xulian Alvaresə əvəzləyici kimi görür.

“Mançester Siti” oyunçu ilə 5 illik müqavilə şərtlərini razılaşdırıb. “Liverpul” da onu 70 milyon avroya satmağa razıdır, ancaq indilik transferdə əngəl var. Mersisayd təmsilçisi Diasa əvəzləyici tapmayınca, onunla yolları ayırmağı düşünmür.

Luis 2022-ci ildən “Liverpul”un formasını geyinir. 27 yaşlı vinger ötən mövsümdə 51 oyunda 13 qol vurub.