“Qarabağ”ın xorvatlarla oyunlarının vaxtı bilindi

“Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Xorvatiyanın “Dinamo” komandası ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, komandalar arasındakı ilk oyun Zaqrebdə avqustun 20-də olacaq. Matça saat 23:00-da start veriləcək.

Cavab görüşü isə avqustun 28-də Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşmanın start fiti 20:45-də səslənəcək.