Superkubok oyunu öncəsi “Real”da ciddi itki

“Real” bu gün UEFA Superkubokunda “Atalanta” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “kral klubu”nun yarımmüdafiəçisi Eduardo Kamavinqa görüşdən əvvəl baş tutan son məşqdə zədə alıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Fransalı yarımmüdafiəçinin matçda iştirakı sual altındadır.

“Real” – “Atalanta” oyunu saat 23:00-da start götürəcək.