“Beşiktaş” “Barselona”ya təklif göndərdi

“Barselona”nın futbolçusu Mikayil Faye karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Beşiktaş” 20 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə İstanbul klubunun Faye üçün “Barselona”ya təklif göndərdiyi bildirilib.

Mikayilin “Barselona” ilə müqaviləsi 2027-ci ilin yayına kimidir. Gənc futbolçu daha çox oynayacağı bir komandaya keçmək niyyətindədir.