Ukrayna millisinin futbolçusu “Trabzonspor”da

“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Qaradəniz təmsilçisi “Zarya”dan Arseniy Baqatovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Baqatov Ukrayna yığmasının da üzvüdür.