“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Ludoqorets”i darmadağın edib – 7:2.
Futbolpress.az xəbər verir ki, Bolqarıstan mətbuatı yerli komandanın böyük hesablı məğlubiyyətini “ayıb” adlandırıb. “Topsport.bg” saytı məğlubiyyətin yayımlandığı xəbərin başlığını belə verib:
“Fəlakət! Alçaldılma! Ayıb! “Qarabağ” Razqradda “Ludoqorets”i 7:2 hesabıyla məğlub etdi!”
“Qarabağ” Bakıda rəqibinə 1:2 hesabıyla uduzmuşdu. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə 7:2 hesablı qələbə qazanaraq, pley-off mərhələsinə yüksəlib.