Bu gün UEFA Superkubokunu qalibi məlum olub.
Futbolpress.az xəbər verir ki, həlledici görüşdə İspaniyanın “Real” və İtaliyanın “Atalanta” komandaları üz-üzə gələcək. Polşanın paytaxtı Varşavada keçiriləcək görüşün ilk hissəsində qapılara top vurulmayıb. İkinci hissə “kral klub”u 2 top vurub. 59-cu dəqiqədə Federiko Valverde hesabı açıb. 68-ci dəqiqədə Madrid klubunun yeni transferi Kilian Mbappe ilk rəsmi matçında birinci qolunu vurub. Yekunda 2:0 hesabı ilə qalib gələn “Real” UEFA Superkubokunu 6-cı dəfə muzeyinə aparıb. Beləliklə də, Madrid klubu sözügedən titulu hərəyə 5 dəfə qazanan “Barselona” və “Milan”ı qabaqlayıb.
UEFA Superkuboku
14 avqust
Real (İspaniya) – Atalanta (İtaliya) 2:0
Qollar: F.Valverde 59, K.Mbappe 68