Yeni transfer: “Bu klub üçün hər şeyi edəcəm”

Dortmund “Borussiya”sının yeni transferi Maksimilian Beyer açıqlama verib.

Futbolpress.az xəbər verir ki, hücumçu kluba keçidini şərh edib:

“Karyeramda növbəti addımımı atdım. Oyuna çıxmaq üçün səbirsizlənirəm. “Borussiya” ilə ilk danışıqlarımda onların məni necə istədiyini gördüm. Fəxr edirəm ki, Avropanın ən yaxşı komandalarından birinə keçdim. Uğur qazanmaq, azarkeşləri sevindirmək üçün çox motivasiyam var. Bu klubun üçün hər şeyi edəcəm”.

“Borussiya” Beyeri “Hoffenhaym”dan transfer edib.