Ötən mövsümü “İrəvan”da keçirən Andrey Sinenkonun yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, 27 yaşlı qolkiper “İmişli”yə keçib. O, bölgə təmsilçisi ilə artıq məşqlərə başlayıb.
Sinenko 2023-cü ilin sentyabrından “İrəvan”ın formasını geyinirdi.
“İmişli” yeni mövsümdə I Liqada mübarizə aparacaq.