Bu gün UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start veriləcək.
Futbolpress.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçiriləcək. İsveçin “Hekken” komandası Estoniyada “Payde”nin qonağı olacaq.
Digər görüşdə isə Monteneqro təmsilçisi “Mornar” azarkeşləri önündə “Pakş”ı (Macarıstan) qəbul edəcək.
Azərbaycan təmsilçiləri – “Sabah” və “Zirə” oyunlarına sabah çıxacaq.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları
13 avqust
20:30 Payde (Estoniya) – Hekken (İsveç)
İlk oyun 1:6
22:45 Mornar (Monteneqro) – Pakş (Macarıstan)
İlk oyun 0:3