“Barselona” yeni transferi qeydiyyatdan keçirə bilmir

“Barselona” yeni transferi Dani Olmonun lisenziyasını ala bilmir.

Futbolpress.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Klub maliyyə problemləri üzündən oyunçunu qeydiyyatdan keçirə bilmir.

“Barselona” Olmonun lisenziyasını almaqçün 60 milyon avroluq borcunu ödəməlidir.

Kataloniya klubu avqustun 17-də “Valensiya”ya qarşı keçiriləcək La Liqa oyununa qədər qeydiyyat prosesini həll etmək istəyir.

“Barselona” Olmou 55 milyon avroya “Leypsiq”dən transfer edib.