“Zirə”nin rəqibi yenə xalsız qaldı

“Zirə”nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi “Osiyek” Xorvatiya çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, Federiko Koppitellinin rəhbərlik etdiyi kollektiv Zaqreb “Dinamo”sunu qəbul edib. Matç qonaqların qələbəsiylə başa çatıb – 2:1.

“Osiyek” iki turdan sonra xalsızdır və 9-cu pillədə yer alıb.

Xorvatiya təmsilçisi sabah Bakıda “Zirə”nin qonağı olacaq. Komandalar arasındakı ilk oyunda heç-heçə qeydə alınıb (1:1).