Dadaşov qol vurduğu oyundan sonra nələr yazdı?

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov “Ankaragücü”ndə debüt edib.

Futbolpress.az xəbər verir ki, o, I Liqanın L turunda “Şanlıurfaspor”la görüşdə sonradan meydan daxil olub və komandasının 2-ci qolunu vurub.

Dadaşov oyundan sonra instaqram hesabında paylaşım edib:

“Bizi dəstəklədiyiniz üçün təşəkkür edirəm. Mövsümə əla başladıq. İşləməyə davam edəcəyik”