“Zirə” – “Osiyek”: biletlər neçəyədir?

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Zirə” – “Osiyek” (Xorvatiya) oyununun biletləri bu gün – 12 avqust saat 12:00-dan satışa çıxarılacaq.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.

Satış məntəqələri:
“Zirə İdman Kompleksi”
“Dalğa Arena”
Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq olar.

Avqustun 15-də keçiriləcək “Zirə” – “Osiyek” oyunu 20:30-da start götürəcək. Komandalar arasındakı ilk oyun bərabərliklə başa çatıb – 1:1.