Yeni transfer debüt oyununda zədələndi

“Komo”nun yeni transferi Rafael Varan zədələnib.

Futbolpress.az xəbər verir ki, 31 yaşlı müdafiəçi İtaliya Kubokunda “Sampdoriya” ilə görüşdə sıradan çıxıb. Onun son durumu açıqlanmayıb.

Varan ötən mövsümü “Mançester Yunayted”də keçirib. O, bu ay “Komo” ilə müqavilə imzalayıb.