“Liverpul” futbolçusunu satdı

“Liverpul”un futbolçusu Fabio Karvalyo karyerasını “Brentford”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Liverpul”dan transfer edilib. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Premyer Liqa klubu portuqaliyalı yarımmüdafiəçi üçün 23 milyon avro ödəyəcək.

Karvalyo ötən mövsümü “Hall Siti”də icarədə keçirib. O, komandada 20 oyunda 9 qol vurub.