“Kəpəz” Premyer Liqada iki turdan sonra xalsız qalan yeganə komandadır.
Gəncə təmsilçisinin kapitanı Yeqor Xvalko “FutbolPress“ə açıqlamasında nəticələri şərh etdi:
“Mövsümə yaxşı başlamadıq. Uduzmaq ağırdır, ən pisi isə bu oyunlarda xal qazanmaq üçün nəyəsə cəhd etməməyimizdir. Komanda yeni qurulub və yeni oyunçular var. Qısa zamanda nəsə göstərmək çətindir. Komandanın formalaşması üçün vaxta ehtiyac var”.
Müdafiəçi növbəti turun “Turan Tovuz”la oyunu haqda fikirlərini bölüşdü:
“Turan Tovuz”la oyunlar həmişə çətin keçir. Vəziyyətimizi yaxşılaşdırmaq üçün mümkün qədər tez xal toplamağa başlamalıyıq”.
Avqustun 17-də keçiriləcək “Kəpəz” – “Turan Tovuz” oyununa saat 18:15-də start veriləcək.
Şahin Cəfərov