“Beşiktaş” PSJ-nin futbolçusunu icarəyə götürdü

PSJ-nin futbolçusu Şer Ndur karyerasını “Beşiktaş”da davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu 20 yaşlı yarımmüdafiəçini bir mövsümlük icarəyə götürüb.

Ndur ötən mövsümü icarə əsasında “Braqa”da (Portuqaliya) keçirib.