“Milan”da qadın futbolçulardan ibarət komandanın üzvləri ilə bağlı yeni qərar qəbul edilib.
Futbolpress.az xəbər verir ki, “qırmızı-qaralar”da hamilə olan oyunçuların müqavilələri avtomatik uzadılacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Belə ki, qadın futbolçular müqavilələrinin son mövsümündə hamilə qalacaqları halda, onlarla yollar ayrılmayacaq, əksinə sözləşmələri avtomatik uzadılacaq. Bu, yalnız müqaviləsi başa çatan hamilə oyunçulara aid olacaq.