Paris-2024: Azərbaycan idmançısı “bürünc” üçün güləşəcək

Bu gün Parisdə keçirilən Yay Olimpiya Oyunlarına yekun vurulacaq.

Futbolpress.az xəbər verir ki, son gündə Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov bürünc medal uğrunda görüşə çıxacaq.

97 kq-da mübarizə aparan idmançımızın rəqibi təsəlliverici görüşlərdən sonra məlum olacaq.

Azərbaycan Paris-2024-də 6 medal qazanıb. Cüdoçular Hidayət Heydərov, Zelim Kotsoyev qızıl, taekvondoçu Qaşım Maqomedov və boksçu Alfonso Dominqes gümüş, güləşçilər Həsrət Cəfərov və Giorgi Meşvildişvili isə bürünc medal qazanıb.