Futbol üzrə İngiltərə Superkubokunun qalibi müəyyənləşib.
Futbolpress.az xəbər verir ki, “Uembli”də oynanılan qarşılaşmada “Mançester Siti” və “Mançester Yunayted” üz-üz gəliblər. İlk hissəsi qolsuz keçən görüşün ikinci yarısında iki qol vurulub. 82-ci dəqiqədə Alexandro Qarnaço “qırmızı şeytanlar”ı hesabda irəli çıxarıb. 7 dəqiqə sonra “şəhərlilər”in heyətində Bernardo Silva bərabərlik qoluna imza atıb. 90 dəqiqə bərabərliklə başa çatdığı üçün reqlamentə görə birbaşa penaltilər seriyasına keçid edilib. Daha dəqiq olan “Mançester Siti” tarixi ərzində 7-ci dəfə İngiltərə Superkubokunun qalibi olub.