Beynəlxalq Futbol Statistikaları və Tarixi Federasiyası (İFFHS) klubların yeni futbol reytinqini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, Azərbaycandan 4 komanda siyahıda yer alıb.
“Qarabağ” 5 pillə irəliləyərək 34-cü olub. “Atlılar”ın aktivində 197,25 xal var. Konfrans Liqasında uğurlu mübarizə aparan “Zirə” isə 81 sıra yüksəlib. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 76,25 xalla 280-ci sırada qərarlaşıb.
“Sabah” 382-ci, “Neftçi” isə 431-ci pilləni tutub.
Reytinq cədvəlinə 371 xalla “Real” başçılıq edir.