Premyer Liqanın ən yaxşı futbolçuları bilindi

ESPN 2024/2025 mövsümünün başlaması ərəfəsində İngiltərə Premyer Liqasının ən yaxşı oyunçularının yeni siyahısını açıqlayıb.

Futbolpress.az xəbər verir ki, siyahının birinci pilləsində “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri yer alıb. İkinci sırada onun komanda yoldaşı Erlinq Haalan qərarlaşıb. “Üçlüy”ü “Arsenal”dan Martin Ederqor tamamlayıb.

Premyer Liqada yeni mövsümə avqustun 16-da start veriləcək.