“Mançester Siti” futbolçusunu Çempionşipə göndərdi

“Hall Siti” “Mançester Siti”nin futbolçus Finli Börnsü icarəyə götürüb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Çempionşip təmsilçisi 21 yaşlı müdafiəçini bir mövsümlük icarəyə götürüb.

“Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin yayına kimi olan Finli ötən mövsümü III liqa klubu “Stivineyc”də keçirib. O, 43 oyunda 3 məhsuldar ötürmə edib.