“Ayaks”ın hücumçusu qol vurdu, trendə qoşuldu

UEFA Avropa Liqasının III təsnifat mərhələsində oynanılan “Panatinaikos” – “Ayaks” matçında maraqlı anlar yaşanıb.

Futbolpress.az xəbər Niderland klubunun hücumçusu Stiven Berqveys 28-ci dəqiqədə vurduğu qoldan sonra Paris-2024 Olimpiya Oyunlarının gümüş medalını qazanan türkiyəli güllə atıcısı Yusuf Dikeçin trendə çevrilən hərəkət ilə qeyd edib. Futbolçunun bu davranışı sosial şəbəkələrdə marağa səbəb olub.

“Panatinaikos” – “Ayaks” görüşü qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb.