FIFA-nın sabiq vitse-prezidenti vəfat etdi

FIFA-nın keçmiş vitse-prezidenti İssa Hayatu vəfat edib.

Futbolpress.az xəbər verir ki, keçmiş funksioner 78 yaşında dünyasını dəyişib.

İssa 1988-2017-ci illərdə Afrika Futbol Konfederasiyasına rəhbərlik edib. O, həmçinin 2015-16-cı illərdə FIFA-nın müvəqqəti prezidenti olub.