“Çelsi”nin sabiq baş məşqçisi Maurisio Poçettino ABŞ yığmasına rəhbərlik edə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb. Argentinalı mütəxəssis hazırda federasiya ilə danışıqlar aparır.
ABŞ millisini Qreqq Berhalter çalışdırırdı. O, Amerika Kubokunda qrup mərhələsindən çıxa bilməyəndən sonra istefaya göndərilib.
Poçettino daha əvvəl İngiltərədə “Tottenhem”, “Çelsi”, Fransada PSJ-nin baş məşqçisi olub.