“Atalanta” millinin hücumçusu ilə gücləndi

“Atalanta” heyətini yeni hücumçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Berqamo təmsilçisi “Cenoa”dan Mateo Retegini transfer edib. 25 yaşlı forvardın keçidinin detalları açıqlanmayıb.

Mateo İtaliya yığması ilə Avro-2024-də iştirak edib.

Hücumçu ötən mövsüm “Cenoa”da 31 oyunda 9 qol vurub.