“Zirə” səfərdən sərfəli nəticə ilə qayıdır

“Zirə” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Xorvatiyada “Osiyek”lə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, “Opus Arena”da oynanılan ilk matç “Osiyek” klubunun minimal hesablı qələbəsi ilə yekunlaşıb. Görüşün 39-cu dəqiqəsində Anton Matkoviç Xorvatiya təmsilçisinə üstünlük qazandırıb. Təmsilçimiz bərabərlik qolunu görüşün sonlarında vurub. Rafael Utzig 90+6-cı dəqiqədə təyin olunan penaltini dəqiq yerinə yetirib və görüş 1:1 hesabı ilə başa çatıb. Cavab matçı 1 həftə sonra Bakıda oynanılacaq.

Konfrans Liqası
III təsnifat mərhələsi, ilk oyun

8 avqust

22:00 Osiyek (Xorvatiya) – Zirə 1:1

Qollar: Anton Matkoviç, 39 – Rafael Utzig, 90+6 (pen.)
Baş hakim: Aristotelis Diamantopulos (Yunanıstan)