“Qarabağ”la oyundakı zədə Tekpeteyin transferinə əngəl oldu

“Ludoqorets”in futbolçusu Bernard Tekpeteyin Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la oyunda zədələnməsi onun transferinə əngəl olub.

Futbolpress.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb. Belə ki, İtaliyanın “Parma” klubu Bernardı transfer etmək üzrə imiş, lakin oyunçunun zədəsi son anda keçidin baş tutmamasına səbəb olub.

Kevin Medina ilə mübarizə zamanı ayağı sınan Tekpetey uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

“Qarabağ” ilk oyunda “Ludoqorets”ə uduzub – 1:2. Cavab görüşü avqustun 13-də Bolqarıstanda olacaq.