Arteta cibgirlərlə iş tutdu

“Arsenal” klubunun baş məşqçisi Mikel Arteta maraqlı hərəkətlə yadda qalıb.

Futbolpress.az xarici mətbuata istinadən xəbər verir ki, “topçular”ın ispaniyalı çalışdırıcısı komandanın axşam yeməyində əvvəlcədən razılaşdırılmış şəkildə peşəkar cibgirlər vasitəsilə futbolçularının şəxsi əşyalarını oğurladıb. Futbolçular sadəcə şam yeməyindən sonra əşyalarının yoxa çıxdığını başa düşüblər. 42 yaşlı mütəxəssis bu hərəkəti ilə oyunçularına daha diqqətli olmaları çağırışını edib.

Mikel Arteta 2019-cu ildə “Arsenal” klubuna baş məşqçi təyin edilib.